28 oktyabr 2015 15:40
Qəbələ Dortmunda səfər planlarını müəyyənləşdirdi
"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində qarşılaşacağı Almaniyanın "Borussiya" klubu ilə səfər oyunu üçün planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komandamız Dortmunda noyabrın 3-də çarter reysi ilə birbaşa Qəbələdən yollanacaq. Bölgə klubu vətənə gələn ayın 6-da qayıdacaq.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də Dortmunddakı "Siqnal İduna Park"da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
