Elnur Abdullayev: İnter də çempionluq uğrunda sonadək mübarizə aparacaq
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Rəqibimiz "Neftçi"dir, ona hörmətlə yanaşmalıyıq. Əminəm ki, son dövrlər uğursuz çıxış etdikləri üçün bizimlə görüşdə mütləq qələbə qazanmağa çalışacaqlar. Amma biz də meydana qələbə üçün çıxacağıq. Ümid edirəm ki, sonda sevinən biz olacağıq. Hazırda turnir cədvəlində üçüncü yerdəyik. Bizi birinci yerdən cəmi üç xal ayırır. Bu isə o deməkdir ki, mübarizə hələ qarşıdadır. Çempionat gələcəkdə daha da maraqlı olacaq. Bu mövsüm "Qarabağ"la "Qəbələ" güclü heyətə malikdir. Amma biz də çempionluq uğrunda sonadək mübarizə aparacağıq".
