28 oktyabr 2015 13:40
Prosineçki Premyer Liqanın iki oyununu canlı izləyəcək
Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Kəpəz” oyununu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və köməkçisi Mahmud Qurbanov, “Qarabağ” – “Rəvan” qarşılaşmasını millinin məşqçisi Elxan Abdullayev, “Neftçi” – “İnter” matçını isə qapıçılar üzrə məşqçi Faiq Əzizov izləyəcək. Azerisport.az xəbər verir ki, Robert Prosineçki və Mahmud Qurbanov “Neftçi” – “İnter” qarşılaşmasına baxmaq üçün “Zirə” – “Kəpəz” oyunundan dərhal sonra “Bakcell Arena”ya gedəcək.
