28 oktyabr 2015 13:20
Dmitri Nazarov: Hələ də hər şey istədiyimiz kimi getmir
Almaniyanın "Karlsrue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov ikinci bundesliqasının son turunda "Kayzerslautern" üzərində qazandıqları qələbəni (2:0) şərh edib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Biz meydanın hər qarışı uğrunda sonadək mübarizə apardıq. Hələ də hər şey istədiyimiz kimi getmir. Amma əvvəlki turlarda üzləşdiyimiz məğlubiyyətlərə baxmayaraq, ruhdan düşmürdük".
