28 oktyabr 2015 12:00
Tərlan Əhmədov: AZAL-ın büdcəsi ötən mövsümdəkindən də yaxşı olacaq
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov klubun maliyyə durumu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Büdcə ilə bağlı sizə konkret məbləğ açıqlaya bilmərəm. Çünki bunu mən özüm də dəqiq bilmirəm. Amma sponsorumuz büdcənin artacağına söz verib. Vəziyyətin ötən mövsümdəkindən də yaxşı olması gözlənilir. Belə olan halda qış fasiləsində heyəti gücləndirə və əvvəlki iddiamızı geri qaytara bilərik".
