28 oktyabr 2015 11:20

Samir Əliyev: İnterlə oyun bizim üçün finala bərabərdir

"Neftçi"nin baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- AZAL-a məğlubiyyətdən sonra Samir Məsimovla Məhəmməd Qurbanovu əvəzedici komandaya göndərdiniz. Sizcə, məğlubiyyətə səbəbkar onlar idi?
- Xeyr. Hər şeydə günahkar mənəm. Bu iki futbolçu isə əvəzedici heyətə öz işlərinə, məşqlərə məsuliyyətsiz yanaşdıqları üçün göndərilib.

- Elə isə onları əsas komandaya nə vaxt qaytarmağı düşünürsünüz?
- Sizə dəqiq tarix deyə bilmərəm. Bu, 3-5 günə də ola bilər, gec də. Hər şey özlərindən asılıdır.

- Bəs "Neftçi"də oynamasına icazə verilən Cavid İmamverdiyevi nə vaxt əsas heyətdə görəcəyik?
- O da hazırda əvəzedici komandada çıxış edir. Uzun müddət oynamadığından, oyun təcrübəsi yoxdur. Tezliklə onun da xidmətindən yararlanmağa başlayacağıq. Orta sahədə rəqabəti artıracağına inanırıq.

- AZAL-la oyundan sonra qapıçınız Aqil Məmmədovla hücumçu Ruslan Qurbanovun açıqlamaları böyük rezonansa səbəb oldu. Bununla bağlı onlarla söhbət etmisiniz?
- Xoşagəlməz haldır. Ruslanla danışmışam. O, Rail Məlikovla bir komandada çıxış edib. Belə mübahisələr olmamalıdır. Ruslan mənə dedi ki, Raillə artıq şəxsən danışıb və aralarında heç bir problem qalmayıb.

- Komanda uğursuz nəticələrə görə cərimə olunub?
- Hələ yox. Amma bundan sonra da belə olsa, böyük ehtimalla cərimə qaçılmaz olacaq. Komanda beş oyundur qələbə qazanmırsa, o oyunların üçündə uduzursa, deməli, sərt qərarlara ehtiyac var.

- "Qəbələ"yə məğlubiyyətdən sonra istefa versəniz də, rəhbərlik qəbul etmədi. Belə bir istək AZAL-la oyundan sonra da oldu? Ya istefanızın qəbul olunmayacağını düşünüb, susdunuz?
- Getmək asandır. Mən komandanı yarıyolda qoymaq istəmədim. Rəhbərlik, məşqçilər korpusu, futbolçular birgə bu vəziyyətdən çıxış yolu tapmalıdır.

- Qarşıda "İnter"lə oyun var...
- İlk dövrə də göstərdi ki, Premyer Liqada zəif komanda yoxdur. Bunun bariz nümunəsi kimi son turda "Qarabağ"ın "Sumqayıt"a, "Neftçi"nin AZAL-a məğlubiyyəti idi. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır. "İnter"lə oyunumuz finala bərabərdir. Şübhəsiz ki, qələbə qazanmaq istəyirik. Komandada psixoloji problemlər var. Amma qələbə qazanmaqla bu problemi aradan qaldırmaq olar.

- Mümkün uğursuzluq sizi daha bir pillə geri ata bilər...
- Bu barədə düşünmək belə istəmirəm. "Neftçi"nin artıq itirəcəyi heç nə yoxdur. Birinci dövrə bizim üçün dəhşətli alındı. İkinci dövrədə bunu təkrarlamamalıyıq. Qış fasiləsinə kimi vəziyyəti normallaşdırmalıyıq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.