28 oktyabr 2015 00:05

Topaz Premyer Liqasında ikinci dövrə start götürür

Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün ikinci dövrəsinə start veriləcək. Azerisport.az xəbər verir ki, bu gün - oktyabrın 28-də baş tutacaq 10-cu turun bütün oyunları eyni gündə keçiriləcək.

Samir Abasovun gəlişindən sonra "İnter"dən 1 xal alıb, "Qarabağ"a qalib gələn "Sumqayıt" bu turda səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Böyük ehtimalla sumqayıtlılar bu görüşdə də ən azı bir xal üçün mübarizə aparacaqlar. Rəqibin heyətlə bağlı problemlərdən əziyyət çəkməsi "Sumqayıt"ı qələbəyə də ümidləndirə bilər. Amma doğma meydanda çıxış edəcək cənub təmsilçisi gənclərin ümidinə qalmasına baxmayaraq, rəqibləri üçün "asan yem" olmadığını isbatlamağa çalışacaq. Bu komandaların turnir cədvəlində qonşu olması da matçın prinsipiallığından xəbər verir. Sumqayıtlılar qalib gələcəkləri halda, "ağ-yaşıllar"ı turnir cədvəlində qabaqlaya bilərlər. Bu komandalar indiyə qədər 15 oyunda üz-üzə gəliblər. Onların 7-də cənublular, cəmi 3-də sumqayıtlılar 3 xal qazanıblar. 5 qarşılaşmada isə qalib müəyyənləşməyib. Top fərqi də Yunis Hüseynovun komandasının xeyrinədir - 24:17. Tərəflərin cari mövsümün ilk dövrəsinə təsadüf edən qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1. “Sumqayıt” bu rəqibi ilə son 6 matçda meydanı qolsuz tərk etməyib. Son 3 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.

Cari mövsümün ən sürpriz komandası sayılan “Zirə” bu dəfə “Kəpəz”lə qarşılaşacaq. "Qarabağ"la oyunda ilk məğlubiyyətini alan, son turda "Qəbələ" ilə sülh bağlayan Adil Şükürovun komandası nəhayət, yenidən qələbə qazanmaq iddiasındadır. Amma Şahin Diniyevin çalışdırdığı "Kəpəz" də pis təsir bağışlamır və son turlarda yaxşı sürət yığıb. Bu üzdən də qarşılaşmaya maraq böyükdür. Bu komandalar arasında yeganə oyun cari mövsüm baş tutub. Həmin matçda hərəyə 1 qol vuran rəqiblər 1 xalla kifayətlənib. Rəqiblər ilk dəfə Bakıda üz-üzə gələcək.

Son turda xal itirməsinə baxmayaraq, zirvəyə yüksələn "Qəbələ" bu dəfə doğma meydanda AZAL-la qarşılaşacaq. Roman Qriqorçukun komandası liderliyini qorumaq üçün elə də yaxşı vəziyyətdə olmayan "təyyarəçilər"i məğlub yola salmağa çalışacaq. Baxmayaraq ki, Tərlan Əhmədovun komandası son turda "Neftçi" üzərindəki qələbədən sonra özünəinam hissini geri qaytarıb. “Qəbələ” bu rəqibi ilə ardıcıl 2 oyunda quru hesablı qələbə qazanıb. Son 7 oyunda meydan sahibi olan tərəf qalib gəlməyib. AZAL son 3 səfərdə məğlub olmayıb. Bütövlükdə isə bu klublar 23 oyunda üz-üzə gəliblər ki, onların 7-də qəbələlilər, 9-da isə bakılılar qalib gəliblər. Daha 7 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də "təyyarəçilər"in xeyrinədir - 32:25. Bu mövsümə təsadüf edən ilk oyunda isə "Qəbələ" Bakıda rəqibini 2 cavabsız qolla məğlub etmişdi.

Son dövrlər uğursuz çıxışı ilə ciddi tənqidlərə məruz qalan “Neftçi”ni bu tur daha bir paytaxt derbisi gözləyir. Samir Əliyevin komandası doğma meydanda "İnter"lə üz-üzə gələcək. "Ağ-qaralar" uğursuz gedişata son qoymaq üçün mütləq qələbə qazanmağa çalışacaqlar. Amma Zaur Svanadzeli "İnter" də liderlər qrupunda təsadüfən yer almadığını göstərmək və qələbə qazanmaq istəyir. Bu üzdən də maraqlı qarşılaşmanın şahidi olacağımız dəqiqdir. Əvvəllər 44 oyunda üz-üzə gəlmiş bu klubların duelində "Neftçi" 19, "İnter" 12 dəfə 3 xalı bayram edib. Daha 13 qarşılaşmada isə tərəflər meydanı 1 xalla tərk ediblər. Top fərqi də "ağ-qaralar"ın xeyrinədir - 61:45. Bu mövsüm baş tutmuş ilk dövrədəki qarşılaşmada isə "İnter" 1:0 hesabıyla üstün olmuşdu. Ümumiyyətlə, bu komanda ardıcıl 4 oyunda qələbə qazanıb. Son 3 qarşılaşmada qol vurmayan “Neftçi” 8 oyundur paytaxt derbisində qalib gələ bilmir.

Ölkə çempionu, son turun "Sumqayıt"la oyununda cari mövsüm ilk dəfə məğlub olan “Qarabağ” ikinci dövrənin açılış turunda "Rəvan”la qarşılaşacaq. Qurban Qurbanovun komandası liderliyi də əldən verdiyi üçün bu görüşdən mütləq qalib ayrılmağa çalışacaq. Bəhmən Həsənovun çalışdırdığı və sonuncu pillədə qərarlaşan "Rəvan"ın bu oyunda hətta xal qazanmaq şansı da çox az görünür. Bunu elə komandaların əvvəlki oyunlarının statistikası da təsdiqləyir. Yubiley matçında çıxacaq tərəflərin əvvəlki 9 oyununda "Rəvan" heç vaxt qalib gəlməyib. 5 qarşılaşma "Qarabağ"ın qələbəsi ilə bitibsə, 4 görüşdə də heç-heçə qeydə alınıb. Ağdamlılar son 3 oyunda qələbə qazanıb. Cari mövsümün ilk dövrəsində "Qarabağ" 2:1 hesabıyla üstün olmuşdu. Paytaxt təmsilçisi əvvəlki 4 səfər oyununda cəmi 1 qol vurub.

Topaz Premyer Liqası
10-cu tur

28 oktyabr (çərşənbə)

“Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Xəzər Lənkəran” mərkəzi stadionu, 17:00.

“Zirə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.

“Neftçi” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Bakı. “Bakcell Arena”, 19:00.

“Qarabağ” – “Rəvan”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:00.

Bombardirlər:
5
- Riçard Almeyda ("Qarabağ").
4 - Aleksey Qay ("Qəbələ"), Aleksey Antonov ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.