27 oktyabr 2015 18:00
Rauf Əliyev Almaniyada bərpa prosesi keçir
Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyevin Almaniyada əməliyyat olunduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, futbolçu hazırda sözügedən ölkədə bərpa prosesi keçir.
Hücumçu Bakıya noyabrın 1-də qayıdacaq. Onun reabilitasiya kursu burada da davam edəcək.
Qeyd edək ki, Əliyev məşqlərə altı aydan sonra başlaya biləcək.
