Tərlan Əhmədov: Qəbələdən bir və ya üç xalla dönmək istəyirik
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" üzərindəki qələbədən sonra komandadakı ab-hava yaxşılaşıbmı? Bizdə ab-hava həmişə yaxşı olub. Hətta uduzduğumuz oyunlarda da yaxşı futbol sərgiləyəndə xal itkisini problemə çevirməmişik. "Neftçi" üzərində qələbəmiz hələ heç nədən xəbər vermir. Biz hələ heç nəyə nail olmamışıq. Uşaqlara oyundan sonra da dedim ki, bu matçı unudun. Artıq Qəbələdəyik və bu şəhərin eyniadlı komandasına qarşı hazırlaşırıq. Buradan bir və ya üç xalla qayıtmaq istəyirik. Qış fasiləsinə qədər nə qədər çox xal toplasaq, bir o qədər yaxşıdır. Kiminlə oynamağımızın fərqi yoxdur. Motivasiya bizdə həmişə yüksək olub".
