27 oktyabr 2015 16:40
Bəhməv Həsənov: Qarabağla oyun üçün hədəf birdir - qələbə!
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada zədəli futbolçu yoxdur. Oyuna normal hazırlaşmışıq. Hədəf birdir - qələbə. Bu vəzifənin öhdəsindən nə dərəcədə gələcəyimizi oyun özü göstərəcək. "Qarabağ" ötən tur məğlub olub. Bu üzdən şübhəsiz ki, qələbə qazanmağa çalışacaq. Onlar "Sumqayıt"a qarşı zəif heyətlə mübarizə apardılar. Əminəm ki, bizə qarşı daha yaxşı oynayacaqlar. Bizə bu komandaya qarşı mübarizə aparmaq çətin olacaq. "Sumqayıt" - "Qarabağ" matçı öncəsi də meydan sahiblərinə qələbə şansı verən yox idi. Niyə biz də bunu təkrarlamayaq?"
