27 oktyabr 2015 16:20
Klublar Komitəsi legioner limitini müzakirə edəcək
AFFA Klublar Komitəsi oktyabrın 29-da yenidən bir araya gələcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 11:00-da start götürəcək.
Amma hələlik, görüşün yeri təyin olunmayıb.
Qeyd edək ki, görüşdə legionerlərə qoyulan limit, əcnəbi futbolçulara görə ödənişlər, eləcə də teleyayımın keyfiyyəti müzakirə olunacaq. Klubların digər məsələləri qaldırması da istisna edilmir.
