27 oktyabr 2015 15:40
Roman Qriqorçuk: Gücümüzə inanırıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi AZAL-la çətin oyun gözləyir. Bizim üçün hər oyun həlledici xarakter daşıyır. Çünki rəqiblərimizin bizə qarşı necə maksimum güclə oynadığını görürük. Üstəlik, belə sıx qrafiklə oynamaq da işimizi çətinləşdirir. Amma bütün bunlara sakit yanaşırıq və öz gücümüzə inanırıq. Bizim üçün qənaətbəxş nəticəyə ümid edirik".
