27 oktyabr 2015 13:45

Qurban Qurbanov: Biz də nə vaxtsa uduzmalı idik

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Son turda komandanız "Sumqayıt"la oyunda ilk dəfə uduzdu. Autsayderlə qarşılaşmada hadisələrin bu cür cərəyan edəcəyini bilsəydiniz, əsas heyət oyunçularına yenə istirahət verərdiniz?
- Futbolçularda yorğunluq var idi. Fiziki yorğunluqla yanaşı, psixoloji yorğunluq da var idi. Üstəlik, komandada oyun təcrübəsindən əziyyət çəkən futbolçular mövcuddur. Məğlubiyyətə baxmayaraq, biz bu görüşdən müəyyən fayda da götürmüş olduq. Bütövlükdə, oyundan razı qaldım. Qələbə də qazana bilərdik. Amma ilk dövrədə ilk məğlubiyyətimizi aldıq. Nə vaxtsa uduzmalı idik. Hətta bu məğlubiyyətdən sonra da deyə bilərəm ki, "Qarabağ"ın heyəti düzgün qurulub.

- Premyer Liqanın cari mövsümündə ilk dəfə həftəiçi tur baş tutacaq. Belə sıx qrafiklə oynamağa hazırsınız?
- Belə sıx qrafiklə ilk dəfə deyil oynayırıq. Başqa çıxış yolumuz yoxdur. Oynamaq lazımdır. "Rəvan"la oyunda maksimum nəticə qazanmaq istəyirik. Bəzi futbolçular ötən tur istirahət almışdılar. İndi isə bütün futbolçuların qaydasında olduğunu düşünürəm.

- Deməli, "Rəvan"la oyuna optimal heyətlə çıxacaqsınız?
- Hazırda kimlər daha yaxşı hazırlığa malikdirsə, onlar da meydanda olacaqlar.

- Son turda "Qəbələ" də "Zirə" ilə oyunda xal itirdi. Avrokuboklarda çıxış edən klublarımızın bu cür xal itkilərini hələlik, normal qəbul etmək olar?
- Bu xal itkilərini avrokuboklarda iştirakla əlaqələndirməzdim. Çünki biz Avroliqada iştirak etməyəndə də uduzduğumuz oyunlar olub.

- "Rəvan" Premyer Liqanın ən zəif klublarındandır. Bu komanda üzərində qələbə qanunauyğunluq sayıla bilər?
- Mən belə deməzdim. Bu komandanın aşkar zəif olduğunu düşünmürəm. Rəqib komandada baş məşqçi dəyişikliyi olub. Onlar bu dəyişiklikdən sonra daha motivasiyalıdırlar. Bizə asan olmayacaq. Birinci dövrədəki oyunda da belə olmuşdu.

- Reynaldo ilə bağlı vəziyyət nə yerdədir?
- O, Braziliyaya yollandı. Sabah tibbi müayinədən keçəcək. Əməliyyatın dərəcəsi də orada müəyyənləşəcək. Reynaldo ən azından bu ilin sonunadək bizimlə olmayacaq. Onun yanvar ayında sıralarımıza qoşulmasına ümid edirik.

- Reynaldonun zədələnməsi ilə Çumbinyonun qayıdışı eyni vaxta təsadüf etdi...
- Onun sıraya dönməsinə sevinirəm. Amma Çumbinyonun əvvəlki formasını nə vaxt bərpa edəcəyini demək çətindir. Peşəkar futbolçudur. Ümid edirik ki, tezliklə əvvəlki Çumbinyonu görə biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.