27 oktyabr 2015 13:30
Reynaldo Braziliyaya qayıtdı və əməliyyat olunacaq
"Qarabağ"ın hücumçusu Reynaldo vətəni Braziliyaya yollanıb. Azerisport.az xəbər verir ki, zədəli olan futbolçu yaxın günlərdə Braziliyada dizindən əməliyyat olunacaq.
Onun "Qarabağ"ın düşərgəsinə ən yaxşı halda yanvar ayında qayıtması gözlənilir.
