27 oktyabr 2015 13:00
Svanadze: Neftçinin qələbəsiz oyunlar seriyasının davam etməsi üçün əlimizdən gələni edəcəyik
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Sonadək mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq. Rəqibin beş oyundur qələbə qazana bilməməsi bizim işimizi ancaq çətinləşdirə bilər. Çünki onlar qələbə qazanmaq üçün alışıb-yanırlar, motivasiyalı olduqları şübhəsizdir. Son uğursuzluqlar bu komandanın toparlanmasına səbəb ola bilər. Amma biz əlimizdən gələni edəcəyik ki, "Neftçi"nin qələbəsiz oyunlar seriyası bizimlə görüşdə qırılmasın".
