27 oktyabr 2015 12:45

Elvin Camalov: AZAL-la qarşılaşmada hədəfimiz 3 xaldır

Topaz Premyer Liqasında 1-ci dövrə başa çatdı. Azerisport.az xəbər verir ki, 9-cu turda “Zirə” ilə qarşılaşan “Qəbələ” dövrənin son turunda qolsuz heç-heçə ilə kifayətləndi.

Bu heç-heçəyə baxmayaraq, komanda turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. 1-ci dövrədə 21 futbolçu “qırmızı-qara” forma geyinib ki, onlardan 6-sı bütün qarşılaşmalarda meydana çıxıb. Yalnız bir oyunçu – Elvin Camalov bütün matçları əvəzolunmadan keçirib. Komandanın gənc dayaq yarımmüdafiəçisi son turun görüşü haqda fikirlərini klub saytına açıqlayıb:

“Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq. Amma təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.

Camalov ilk dövrənin yekunu haqda da danışıb: “Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdur. Mövsümün böyük hissəsi hələ irəlidədir. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.

Yarımmüdafiəçi ikinci dövrənin ilk oyunu haqda fikirlərini açıqlayıb. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: “Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldır. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.