27 oktyabr 2015 12:15
Qəbələ Dneprin forvardı ilə güclənə bilər
Ukraynanın "Dnepr" klubunun hücumçusu Yevgeni Seleznyov karyerasını Azərbaycan çempionatında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, onunla "Qəbələ" maraqlanır. "Dnepr" rəhbərliyi sözügedən futbolçuya yeni müqavilə təklif etməyib. Bu üzdən də onun komandadan ayrılması gözlənilir. (Sportanalytic)
