Ramin Quliyev: Qəbələ Dortmunddan xalla qayıda bilər
"Qəbələ"nin sabiq müdafiəçisi Ramin Quliyev bu komandanın Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" Bakıda "Borussiya"ya qarşı yaxşı oynadı. İlk yarıda hətta qol vurmaq üçün də şanslarımız var idi. Sadəcə, onlardan yararlana bilmədilər. Dortmunddakı oyun təbii ki, daha da çətin olacaq. "Borussiya" səviyyəcə daha yüksəkdədir. Amma bu, "Qəbələ"nin şansının olmadığı anlamına gəlməməlidir. Onlar Dortmundda layiqli oyun sərgiləyə, nəticə qazana bilərlər. "Qəbələ" hətta heç-heçəyə də nail olsa, bunu qələbəyə bərabər hesab etmək olar. Qrupdan çıxmağa gəlincə, bu, daha çox PAOK və "Krasnodar"a qarşı oyunların nəticəsindən asılı olacaq. Komandamız bu oyunlarda uğurlu nəticə qazana bilər".
