26 oktyabr 2015 19:00
Borussiya - Qəbələ matçına biletlərin 78 faizi satılıb
Almaniyanın "Borussiya" (Dortmund) klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəyi ev oyununa bilet satışını davam etdirir. Azerisport.az xəbər verir ki, 65 766 azarkeş tutumuna malik "Siqnal İduna Park"da keçiriləcək qarşılaşma üçün satışa çıxarılan biletlərin 78 faizi artıq satılıb.
Hazırda cəmi 15 000 bilet qalır. Həmin biletlərin qiyməti isə sektorlardan asılı olaraq 18,50 avrodan 78,20 avroya qədərdir.
Qeyd edək ki, "Borussiya" - "Qəbələ" matçı noyabrın 5-də Dortmundda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
