26 oktyabr 2015 18:00
İbrahim Şehiç Bosniya millisinə çağırıldı
“Qarabağ”ın şərəfini qoruyan İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə çağırılıb. Azerisport.az xəbər verir ki, 2016-cı il Fransada keçiriləcək Avropa Çempionatının final mərhələsinə haqq qazanmaq istəyən Bosniya millisi pley-off mərhələsində İrlandiya Respublikası ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu noyabrın 13-də Bosniyada, cavab qarşılaşması isə 3 gün sonra İrlandiyada keçiriləcək.
