26 oktyabr 2015 14:45
Neftçi Üzvlük Proqramı iştirakçılarına daha bir müjdə!
"Neftçi" Üzvlük Proqramı iştirakçılarına daha bir müjdə! Nəzərinizə çatdırmaq istəyirik ki, çərşənbə günü, oktyabrın 28-də “Bakcell Arena”da keçiriləcək Topaz Premyer Liqasının 10-cu turunun “Neftçi” – “İnter” oyununda NeftchiKART sahibləri VIP sektorda, NeftchiVIP sahibləri isə SkyBox-lardan oyunu izləyə biləcəklər.
Qeyd edək ki, NeftchiVIP sahiblərinə SkyBox nömrələri SMS vasitəsilə göndəriləcək.
