26 oktyabr 2015 15:00
Azərbaycanlı hakim ermənilərin üç oyununu idarə etdi
Azərbaycanlı futzal hakimi Yusif Nurullayev dünya çempionatının seçmə mərhələ oyunlarını idarə edib. Azerisport.az xəbər verir ki, o, Ermənistan - Latviya matçında (3:4) baş hakim olubsa, Kipr - Ermənistan (3:2) və Estoniya - Ermənistan (2:1) görüşlərində də ikinci hakim kimi çalışıb.
Qeyd edək ki, sözügedən qrupun oyunları Kiprdə baş tutub. Növbəti mərhələyə Latviya yüksəlib.
