26 oktyabr 2015 12:40
Rasim Ramaldanov Sumqayıtla oyunda meydana çıxa bilər
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov zədəsini sağaltmaq üzrədir. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Zirə"yə qarşı oyunda zədələnən futbolçu hazırda fərdi şəkildə məşq edir.
Bir neçə gün sonra isə onun komanda ilə birgə məşqlərə başlaması gözlənilir. İstisna deyil ki, təcrübəli futbolçu qarşıdakı turda "Sumqayıt"a qarşı forma geyinsin.
