26 oktyabr 2015 12:00

Samir Abasov: Qarabağ üzərində qələbə sevindirir, amma məni daha çox oyun maraqlandırır

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ" üzərindəki qələbəni necə bayram etdiniz?
- Bayram etməyə vaxt yoxdur. Biz hələ bu oyundan öncə planlaşdırmışdıq ki, matçdan dərhal sonra məşqləri davam etdirək. Hətta oyundan sonrakı mətbuat konfransında da çox qalmadım. Çətin qrafiklə oynayırıq. Bu azmış kimi, "Xəzər Lənkəran"la oyunumuz səfərdə baş tutacaq. "Qarabağ"la oyuna gəlincə, rəqib komandanın üzvlərinə təşəkkürümü bildirirəm ki, həm oyundan öncə, həm də sonra mənimlə mülayim söhbət etdilər, uğurlar arzuladılar. Bütün bunlar hamısı çox xoş idi. Hətta məğlub olmalarına baxmayaraq, yenə də münasibətdə bir dəyişiklik yox idi. Bu, əsl peşəkarlıq nümunəsi idi.

- Oyundan öncə çox ehtiyatlı danışırdınız. Hər şeyin belə uğurlu alınacağını gözləyirdiniz?
- Komandada oyun yoxdursa, heç bir nəticədən danışmaq olmaz. Şübhəsiz ki, "Qarabağ" üzərində qələbə məni çox sevindirir və bunu gizlətmirəm. Amma məni indi ən çox narahat edən məsələ sərgilədiyimiz oyunu yaxşılaşdırmaqdır. Ağdamlılarla hətta heç-heçə də yaxşı nəticə olacaqdı. Çünki komandamız hələ mən istədiyim futbolu sərgiləmir.

- Sizə elə gəlmir ki, "Qarabağ"ın məğlubiyyətinə meydana az qala ikinci heyətlə çıxması səbəb oldu?
- Bunun bizə heç bir aidiyyatı yoxdur. Bu, məni düşündürən ən sonuncu məsələdir. Əsas heyətlə də oynasaydılar, biz istənilən halda müsbət nəticə uğrunda mübarizə aparacaqdıq.

- "Sumqayıt" rəhbərliyiniz altında öncə "İnter"dən xal aldı (1:1), daha sonra "Qarabağ"a qalib gəldi (1:0). Bundan sonra nə gözləyək?
- Bütün bunlar hamısı sevindirməyə bilməz. Amma önümüzə baxmalıyıq. Rəhbərliyim altında çıxış edən futbolçular nə istədiyimizi yaxşı bilir. Nəticələrimizi, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Biz sabitlik istəyirik.

- Turnir cədvəlinə baxmısınız?
- Ümumiyyətlə baxmamışam. Dekabra qədər baxmayacağam.

- Maraqlıdır, qısa zaman kəsiyində "Sumqayıt"da nəyi dəyişdiniz ki, nəticələr düzəlməyə başladı?
- Qoy bunu futboldan başı çıxan insanlar desinlər. Mənə kənardakıların fikirləri maraqlıdır. Bu suala cavab versəm, məndən öncə çalışanlara qarşı hörmətsizlik etmiş olaram.

- "Qarabağ"a qalib gələn komanda yəqin ki, "Xəzər Lənkəran"ı da məğlub etməyə çalışacaq...
- Mən ilk növbədə Lənkəranda yaxşı oyunun şahidi olmaq istəyirəm. Qələbə ikinci plandadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.