26 oktyabr 2015 00:05
Qəbələnin rəqibi 3 xalı 3 qolla qazandı
Yunanıstan çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Panatinaikos"lə qarşılaşıb. Matç 3:1 hesabı ilə "Qəbələ"nin rəqibinin xeyrinə bitib.
Qeyd edək ki, PAOK 8 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.
