25 oktyabr 2015 22:20
Qəbələnin rəqibi Rubinə qalib gəldi
Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rubin"lə qarşılaşıb. Matç 2:1 hesabı ilə "Qəbələ"nin rəqibinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Krasnodar" hazırda 18 xalla 8-ci pillədə qərarlaşıb.
