25 oktyabr 2015 19:00
Rüfət Dadaşovun komandası yenə məğlub oldu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "RasenBallsport Leypsiq ll" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. O, bu görüşdə sadəcə, sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
