25 oktyabr 2015 18:30
Kamran Ağayev qapısını toxunulmaz saxladı, komandası qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb.
Sözügedən klub doğma meydanda "Elazığspor"la qarşılaşıb. "Karşıyaka" bu görüşdə 2:0 hesablı qələbəyə sevinib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Karşıyaka" 9 turdan sonra 9 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
