25 oktyabr 2015 18:00
Millimizin sabiq futbolçusu oynamadı, komandası qalib gəldi
Türkiyə PTT 1-ci liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "1461 Trabzon"la qarşılaşıb. Matç 2:1 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Budaq bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.
