25 oktyabr 2015 14:30

Qara Qarayev: Günahım var, amma bu qədər tənqid olunacağımı gözləmirdim

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev azerisport.az saytına müsahibəsində Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Monako"suna qarşı oyundan (0:1) danışıb, eləcə də Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Sumqayıt"a qarşı matç öncəsi fikilərini bölüşüb.

- Monakoya səfərdən sonra komandada atmosfer necədir?
- Heç-heçəyə yaxın olduğumuz bir oyunda məğlubiyyətlə üzləşməyimiz çox üzücü oldu. Yaxşı oynadıq. Mənim səhvim olmasaydı, bir xalla qayıda bilərdik. Amma komandamız bunu faciəyə çevirmir. Bu oyun artıq geridə qalıb, heç nəyi dəyişmək olmaz.

- Səhvinizə görə çox üzüldünüz?
- Mən hələ belə səhvə yol verməmişdim. Mən məğlubiyyətə görə özümü günahlandırıram. Bundan sonra həmin səhvimi unutdurmaq, daha yaxşı çıxış etmək üçün əlimdən gələni edəcəyəm. Amma mən təsəvvür də etməzdim ki, səhvimə görə sosial şəbəkələrdə bu qədər tənqid oluna bilərəm.

- "Qarabağ"da, Azərbaycan yığmasında sabit çıxış edirsiniz. Bir səhvinizə görə niyə sizə bu qədər təzyiq var?
- Özüm də bilmirəm. Komandada məni heç kim günahlandırmır. Əksinə, dəstəkləyirlər. Mən də bu qədər tənqidi gözləmirdim. Ona görə də çox məyus olmuşam. Amma bu tənqidlərin müsbət cəhəti də var. Bundan sonra daha çox çalışmalıyam ki, səhvlərim olmasın.

- "Qarabağ"ın üç turdan sonrakı perspektivi barədə nə düşünürsünüz?
- "Monako" ilə ev oyunu həlledici olacaq. Onlara qalib gəlsək, vəziyyətimizi yaxşılaşdıra bilərik. Hər şey öz əlimizdədir. Uğurlu çıxış etsək, qrupdan çıxmaq şansı əldə edə bilərik.

- "Monako" ilə ev oyununa qədər sizi üç çempionat matçı gözləyir. Bunlardan birincisi "Sumqayıt"a qarşıdır...
- İki cəbhədə oynamaq bizə elə də asan deyil. Avrokubok həyəcanını unutmamış, çempionat matçına çıxacağıq. Bu görüşdə bizə üç xal qazanmaq çox lazımdır. "Sumqayıt"la oyunlarımız həmişə çətin alınıb. Samir Abasovun baş məşqçi təyin olunmasından sonra bu komandada atmosfer daha da yaxşılaşıb. Onların "İnter"ə qarşı oyunu da bunu isbatlayır. Amma istənilən halda Sumqayıta qələbə üçün gedirik.

- "Sumqayıt"la oyunlar niyə komandanız üçün çətin alınır?
- Onlar bir dəfə hətta bizi Avroliqadan kənarda qoyublar. Onlar bizə qarşı oyunlara xüsusi köklənirlər. Bizdən xal almağı çox istəyilər. Bu, bizim uğurumuzdur ki, rəqiblərimiz bizə belə ciddi yanaşırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.