25 oktyabr 2015 11:20

"Öz oyunumuzu nümayiş etdirməliyik"

Bu həftə Topaz Premyer Liqasında 9-cu turun oyunlarına yekun vurulacaq. Azerisport.az xəbər verir ki, I dövrənin son turunda “Qəbələ” çempionatın debütantı “Zirə” ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın bosniya və herseqovinalı hücumçusu Ermin Zets sabahkı oyun ilə bağlı fikirlərini klub saytına açıqlayıb:

“Çətin və maraqlı oyun olacaq. Çünki “Zirə” debütant olmasına baxmayaraq, cari mövsümdə yaxşı oyun nümayiş etdirir. Düşünürəm ki, futbolçuların ustalıq səviyyəsinə görə rəqibdən üstünük. Həm də dövrənin son qarşılaşmasını öz meydanımızda keçirəcəyik. Bu görüşdə qələbə qazanmalıyıq. Çünki azarkeşlərimiz önündə 3 xal əldə etməliyik. Bizim üçün bu xallar vacib olduğundan qalib gəlməliyik. Bunun üçün bacarığımızı ortaya qoyacağıq. Qalib gəlmək üçün öz oyunumuzu nümayiş etdirməliyik”.

Zets UEFA Avropa Liqasının qrup mərhələsinin iki gün əvvəl keçirilən “Borussiya” (Dortmund, Almaniya) ilə oyununu da (1:3) xatırlayıb: “Görüşün əvvəlində qol vurmaq üçün 2-3 çox yaxşı imkanımız oldu. Adətən belə imkanları qaçıran komanda sonda uduzur. Bizim oyunda da belə oldu. Əminliklə deyə bilərəm ki, ən yaxşı oyunlarımızdan birini keçirdik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.