25 oktyabr 2015 01:00
Dmitri Nazarov qol vurdu, komandası 3 xal qazandı
Almaniya ikinci Bundesliqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Kayzerslautern"lə qarşılaşıb. Matç 2:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 90+2-ci dəqiqədə əvəzlənib. "Karlsrue"nin ilk qolunu məhz 45-ci dəqiqədə penaltidən fərqlənən Nazarov vurub.
Qeyd edək ki, "Karlsrue" hazırda 15 xalla 12-ci pillədə qərarlaşıb.
