25 oktyabr 2015 00:50
Toğrul Erat 90 dəqiqə oynadı, komandası məğlub oldu
Almaniya Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Sportfreunde Lotte" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb və sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 16 xalla 19 klub arasında 14-cü pillədə qərarlaşıb.
