24 oktyabr 2015 17:00
Qəbələ Zirəni 8 qolla məğlub etdi
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 9-cu turun son iki oyunu keçirilib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
Əvəzedicilərin çempionatı
9-cu tur
24 oktyabr
“Qəbələ” - “Zirə” - 8:1
Qollar: Ramil Həsənov, 2, 21, 53. Ehtiram Şahverdiyev, 16-pen; 45+2, 71, 76. Ülvi İbazadə, 45+1 - Mirkamil Həşimli, 18-pen.
“Sumqayıt” - “Qarabağ” - 0:0
