24 oktyabr 2015 14:00
Samir Abasov: Qarabağın bizə qarşı fərqli heyətlə oynayacağını bilirik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ciddi hazırlaşırıq. "İnter"lə oyundan sonra bizdə kifayət qədər motivasiya var. Çalışırıq. Bilirik ki, "Qarabağ"la bizi çətin oyun gözləyir. Onların Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı oyununu analiz etməmişik. Çünki bizə qarşı fərqli heyətlə mübarizə aparacaqlarını bilirik. Yaxşı oyun sərgiləyib, nəticə qazanmaq istəyirik. Bunun bizdə nə dərəcədə alınacağını oyun özü göstərəcək".
