24 oktyabr 2015 11:30

Yunis Hüseynov: XL artıq indidən bir neçə legionerlə güclənməyə hazırlaşır

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ"yə 0:6 hesablı darmadağından sonra doğma meydanda AZAL-a qalib gəldiniz. Komandanızın həmin psixoloji zərbədən sonra özünə gəldiyini demək olar?
- Bu, elə də asan deyil. Bir qələbə ilə özünə gəlmək çətindir. Uşaqlarla söhbət etmişəm. "Qəbələ"yə məğlubiyyət gənc futbolçularımız üçün böyük zərbə oldu. Buna baxmayaraq, toparlana, AZAL-a qalib gələ bildik. Onları bu oyuna kökləmək mənə çətin oldu. Fikrimcə, həmin darmadağını tam unutmağımız üçün bir neçə ardıcıl qələbə qazanmağımız lazımdır. Yalnız belə olan halda tam da olmasa, psixoloji baxımdan uşaqlar özlərinə gələ bilərlər.

- "Kəpəz"lə oyundan nə gözləyirsiniz?
- Asan oyun gözləmirəm. Bizim üçün çətin səfər olacaq. Heyətlə bağlı itkilərimiz var. Sərəncamımda çox az futbolçu var. "Kəpəz"in isə güclü heyəti var. Yaxşı legionerlər transfer ediblər. Rəqibi analiz etmişəm. Düzgün oynamağa çalışacağıq.

- Siz özünüz Gəncədənsiniz. Doğma şəhərinizin komandasına qarşı oyun sizin üçün hansısa prinsipiallıq daşımır?
- Xeyr. Mənim hədəfim komandamın növbəti oyunda qələbə qazanmasına nail olmaqdır.

- "Neftçi"nin AZAL-a məğlubiyyətini gözləyirdiniz?
- Onların bu məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Amma futbolda belə nəticələr olur.

- "Xəzər Lənkəran" Gəncədə qələbə qazansa, həm "Neftçi"ni, həm də "Kəpəz"i qabaqlayıb, beşinci sıraya yüksələ bilər...
- Bu, bizim üçün yaxşı şansdır, əlavə motivasiyadır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Qışda heyəti gücləndirmək üçün hansı işlər görürsünüz?
- Bu yöndə iş gedir. Heyəti gücləndirəcəyik. Bir neçə legioner dəvət edəcəyik. Artıq indidən buna hazırlaşırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.