24 oktyabr 2015 11:00

Şahin Diniyev: İki ardıcıl qələbədən sonra uğurlu çıxışımızı davam etdirmək istəyirik

“Bütün oyunlara olduğu kimi, qarşıdakı matça da eyni istəklə hazırlaşmışıq. Həftə boyunca komanda səylə məşq edib. “Xəzər Lənkəran”la oyun bizim üçün çox vacibdir. İki ardıcıl qələbədən sonra uğurlu çıxışımızı davam etdirmək istəyirik”.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə açıqlamasında belə deyib. Təcrübəli mütəxəssis yetirmələrinin Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Xəzər Lənkəran”la keçiriləcək matçın mahiyyətini başa düşdüyünü söyləyib: “Uşaqlar qarşıdakı oyunun bizə nə verəcəyini yaxşı anlayırlar. Ona görə də deyə bilərəm ki, bizi çox çətin oyun gözləyir. Onlarla aramızdakı fərq 2 xaldır. Bu üzdən matç 6 xallıq oyuna bərabərdir”.

Komandanın heyətində cəzalı futbolçu olmasa da, itgi var. Kərim Diniyev zədəlidir. Bu səbəbdən yarımmüdafiəçi lənkəranlılarla görüşdə “sarı-göylər”ə kömək edə bilməyəcək: “Kərimizin yoxluğu bizə təsir edib. Çünki müdafiəyə meylli başqa orta xətt oyunçumuz yoxdur. Bununla belə onun yerini doldurmağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.