23 oktyabr 2015 19:00

Şahin Diniyev: Qarabağın Monako ilə səfərdə bərabər səviyyədə oynaması sevindirir

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində məğlubiyyətlə üzləşən "Qarabağ"la "Qəbələ"nin müvafiq olaraq Fransa "Monako"su və Almaniya "Borussiya"sına (Dortmund) qarşı oyunlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Borussiya" "Qəbələ"dən bir yox, iki baş üstün olduğunu göstərdi. Üç xal üçün gəlmişdilər, buna da nail oldular. "Qəbələ"nin oyunun ilk dəqiqələrində bir neçə qol vəziyyəti yaratması isə rəqibin komandamızı düzgün qiymətləndirməməsindən irəli gəlirdi. Amma məncə, bizimkilər hətta ələ düşən şanslarından birindən yararlana bilsəydi, rəqib yenə də öz istədiyinə nail olacaqdı. "Qarabağ"a gəlincə, bu komandanın "Monako" ilə bərabər səviyyədə oynaması məni sevindirdi. Bəzi epizodlarda hətta komandamız rəqibdən üstün idi. "Monako" kimi komandalar ən kiçik səhvləri də bağışlmaır. Bir səhv qapımıza vurulan qolla nəticələndi. Amma istənilən halda ağdamlıların səfərdəki oyununu qeyd etmək lazımdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.