23 oktyabr 2015 18:30
Andrea Racci: Qarabağa 2-ci oyunda da qalib gəlsək, pley-offa çıxa bilərik
Fransanın "Monako" klubunun müdafiəçisi Andrea Racci Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Avropa Liqasında böyük rəqabət var. Əlbəttə, bu rəqabət Çempionlar Liqasındakı kimi deyil. Amma istənilən halda biz daha da irəli getmək istəyirik. Çünki bu da bizim üçün vacib turnirdir. Fikrimcə, komandamız daha böyük uğurlar qazanmağa qadirdir. Bu gün qalib gəldik. Növbəti oyunda da qələbə qazansaq, pley-offa çıxmaq şansımızı yaxşılaşdıracağıq. Fikrimcə, yolumuzu sonadək davam etdirə bilərik".
