23 oktyabr 2015 17:20

Rikardinyo: Borussiyaya səfərdə qalib gəlməyə çalışacağıq

"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirdikləri oyundan (1:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Qələbə qazana bilmədiyimiz üçün komandada əhval-ruhiyyə çox pisdir. "Borussiya"da yüksək səviyyəli futbolçular çıxış edir. Oyunun videoyazısına baxacağıq, analizlər aparacağıq. Növbəti oyunda bu görüşdə buraxdığımız səhvləri təkrarlamamağa çalışacağıq.

- Razısınız ki, Dortmunddakı oyun bundan da çətin olacaq?
- Əlbəttə, çətin olacaq. Çünki rəqib çox güclüdür. Digər tərəfdən biz bu komandanın necə oynadığına da şahid olduq.

- Sizə elə gəlmir ki, komandanız matçın əvvəlində ələ düşən qol şanslarını boşa verdiyi üçün uduzdu?
- Həmin qol şanslarından yararlansaydıq, hər şey fərqli də ola bilərdi. Digər tərəfdən müdafiədə daha diqqətli oynayıb, ancaq əks-hücumlarda da çıxış etməyimiz mümkün idi. Hesabda öndə olarkən daha yaxşı oynaya bilərdik, bizə asan olardı. Elə olan halda qələbə dəqazanmaq olardı.

- Artıq qrup mərhələsində üç tur geridə qaldı və bütün rəqiblərinizlə ilk görüşlərdən sonra sonuncu pillədəsiniz. Qrupdan çıxmaq şansınız qalır?
- Şans hələ də var. Çünki qarşıda daha üç oyunumuz var. "Borussiya"ya Almaniyada qalib gəlməyə çalışacağıq ki, şansımızı daha da artıraq.

- "Qəbələ"nin heyətinin əksər üzvü legionerlərdir. Bu heyətlə oynamaq daha asandır, ya azərbaycanlılarla?
- Çətin sualdır. Kimin oynayacağına baş məşqçi qərar verir. Bu suala cavab verə bilmərəm. Məsələn, mən özüm Azərbaycan çempionatında oynamıram.

- Belə bir fikir var ki, legioner limiti ləğv olunsa, Azərbaycan futbolu daha sürətlə inkişaf edər. Siz bu barədə nə düşünürsünüz?
- Dəqiq heç nə deyə bilmərəm. Limitin ləğvi faydalı da ola bilər, zərərli də.

- Oyundan sonra azərbaycanlı futbolsevərlər "Borussiya"nın futbolçuları ilə şəkil çəkdirmək üçün növbəyə dayanmışdılar. Bu, sizin xətrinizə dəymədi?
- Mən özüm "Malmö"də çıxış edərkən Braziliya yığmasının Neymar, Kaka kimi üzvləri ilə şəkil çəkdirirdim. Ona görə də belə şeylərə normal yanaşıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.