23 oktyabr 2015 16:00

Azər Məmmədov: Əvvəllər düşünürdük ki, kateqoriya lazımsız bir şeydir

“Kəpəz” PFK üçün vacib məsələlərdən biri də komandalarda çalışan məşqçilərin müvafiq kurslara qatılıb kateqoriya almasıdır. Azerisport.az xəbər verir ki, hazırda klubun əvəzedici heyətinin baş məşqçisi Azər Məmmədov Bakıda AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA-nın A kateqoriyalı məşçi kursunda iştirak edir.

İstedadlı və bacarıqlı məşqçi təkcə işi ilə deyil, həm də kateqoriyası ilə də fərqlənir. Əgər 5-10 il öncəyə kimi lisenziya vacib sayılmırdısa, hazırda peşəkar futbolda kateqoriyasız işləmək mümkünsüzdür. Bu, demək olar ki, əsas şərtlərdən biridir.

Klubun mətbuat xidmətinə açıqlama verən Azər Məmmədov kursların gedişatı haqda danışıb: “Çox əvvəllər düşünürdük ki, kateqoriya lazımsız bir şeydir. Amma indi lisenziya hər bir məşqçi üçün önəmlidir. B kurslarını oxumuşam, istəyim A kateqoriyası almaqdır. Biliyimi artırmaq üçün düşündüm ki, yenə oxumalıyam. Həm də artıq tələb var”.  

Kurslar pulludur və iştirak üçün ödənişin məbləği 2000 manatdır. Azər Məmmədovun təhsil haqqı “Kəpəz” PFK tərəfindən ödənilib: “Özünüz fikirləşin, pul ödəyib oxuyursan. Deməli, kurslarda öyrənmək üçün nəsə var. Məni kursa dəvət edəndə çox sevindim. Çox namizəd olub. Çalışacağam ki, kursu uğurla başa vurum”.

A kateqoriyalı məşçi kursunun 1-ci mərhələsi oktyabrın 19-dan başlayıb. AFFA-nın Futbol akademiyasında keçirilən məşğələlərə Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.