23 oktyabr 2015 15:00
Lasina Traore: Qarabağ çox yaxşı top saxlayırdı
Fransanın "Monako" klubunun hücumçusu Lasina Traore Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Bu, komandamız üçün böyük uğurdur. "Qarabağ" topa yaxşı nəzarət edirdi. Amma bizə üç xal çox lazım idi. Bizim üçün çox vacib oyunda layiqli qələbə qazandıq. Qarşıda daha üç oyunumuz var. Maksimum xal toplayıb, Avroliqanın 1/16 final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq".
