23 oktyabr 2015 13:00
Jeremi Tulalan: Qarabağı gərginlikdə saxlamaq istəsək də, sürət və hərəkət çatışmırdı
Fransanın "Monako" klubunun kapitanı Jeremi Tulalan Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Çox ağır oyun oldu, amma şadam ki, istəyimizə çatdıq. Bizim üçün vacib qələbə idi. Rəqibi gərginlikdə saxlamağa çalışsaq da, bunun üçün kifayət qədər sürətli və hərəkətli deyildik. Hücumda da yaxşı çıxış etmədik. İkinci hissədə isə bu baxımdan irəliləyiş edə bildik. Qələbə qazansaq da, hamımız bilirik ki, indikindən də yaxşı oynamağımız lazımdır".
