23 oktyabr 2015 12:45
Subaşiç: Qarabağ bizim ötən mövsüm ÇL-də oynadığımız kimi çıxış etdi
Fransanın "Monako" klubunun qapıçısı Daniyel Subaşiç Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Qarabağ" bizim ötən mövsüm Çempionlar Liqasında oynadığımız kimi çıxış etdi: yaxşı müdafiə olunurdu, hücumlar qurmaq üçün fürsət gözləyirdi. Amma biz bu oyunda üç xal qazanmağı bacardıq və qrupumuzun lideriyik. Matça pis başladıq, yavaş oynayırdıq, elə də fəal deyildik. Amma fasilədən sonra daha yaxşı çıxış etməyə başladıq. Uzun fasilədən sonra ilk dəfə qapımdan qol buraxmadım. Bu, yaxşıdır".
