23 oktyabr 2015 11:45
Tomas Tuxel: Obameyanq Qəbələyə 4-cü, 5-ci qolu da vura bilərdi
Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Tomas Tuxel Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qəbələ" ilə oyunda het-trikə imza atan Pyer-Emerik Obameyanqı tərifləyib. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:
"Obameyanq vurduğu qollarla bizim qələbəyə gedən yolumuzu açdı. O, dördüncü, beşinci qolu da vura bilərdi. Oyunu əvvəldən axıra kimi ideal keçirdi. Biz digər futbolçularımızın da ondan nümunə götürəcəyinə ancaq ümid edə bilərik. Mikinin (Henrix Mxitaryan) meydanda olmaması hiss edilirdi. Xoşbəxtlikdən Obameyanq yaxşı formada idi".
