23 oktyabr 2015 11:30
Leonardo Jardim: Qarabağ üzərində layiqli qələbə qazandıq
Fransanın "Monako" klubunun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Birinci hissəni elə də yaxşı keçirmədik. Kifayət qədər yaxşı davranmırdıq. İkinci hissədə isə aqressiv çıxış etdik, daha intensiv idik. Traore də fasilədən sonra komandanın digər üzvləri kimi yaxşı oynadı. Komandamız inkişafdadır. Biz layiqli qələbə qazandıq".
