23 oktyabr 2015 00:40

Qurban Qurbanov: Qrupdan çıxmaq üçün sonadək mübarizə aparacağıq

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

"Uduzmaq istəmirdik. Amma təəssüf ki, qapımızda qol gördük. Bütün oyun ərzində müdafiədə diqqətli oynamağa çalışdıq. Sadəcə, rəqibin ustalığı müdafiə xəttində səhvə yol verməyimizə səbəb oldu. Nəticədə də qol buraxdıq. Topla yaxşı davranan komandaya qarşı oynamaq çox çətindir. Fikrimcə, biz müdafiədə düzgün oynadıq. Rəqibin cəhdlərinin qarşısını alırdıq. Lakin 90 dəqiqə buna nail olmaq çətindir. "Monako" da ələ düşən yeganə şansdan maksimum yararlandı.

Növbəti oyunumuz da bu komandaya qarşı, amma Bakıda olacaq. Artıq bu rəqibi daha yaxşı tanıyırıq. Öz meydanımızda maksimum nəticə qazanmağa çalışacağıq. Qrupdan çıxmaq üçün sonadək, rəqiblərimizə qarşı layiqli mübarizə aparacağıq. Bu oyunda topa daha çox nəzarət etməyimizə təəccüblənmirəm. Rəqib 70-ci dəqiqədən sonra daha sakit oynamağa başladı. Ona görə də bunda təəccüblü heç nə yoxdur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.