23 oktyabr 2015 00:05

Topaz Premyer Liqasında 9-cu tur həyəcanı

Bu həftə Topaz Premyer Liqasında 9-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, dövrənin son turunun qarşılaşmaları 3 gün davam edəcək.

Bu gün baş tutacaq turun açılış matçında AZAL "Neftçi"ni qəbul edəcək. Paytaxt klubları arasında indiyə qədər keçirilmiş 26 oyunda "ağ-qaralar"ın böyük üstünlüyü var. Bu komanda 13 dəfə qələbə qazanıb, 8 görüşdə isə heç-heçə qeydə alınıb. "Təyyarəçilər" yalnız 5 dəfə 3 xala seviniblər. Elə top fərqində də "Neftçi"nin ciddi üstünlüyü diqqət çəkir - 43:21. AZAL son 4 ev oyununda yalnız 1 dəfə uduzub. “Neftçi” ardıcıl 4 matçda meydanı qolsuz tərk etməyib. Son turda "Qəbələ"yə məğlubiyyətdən sonra istefa vermək istəyən, amma rəhbərliyin postunda saxladığı Samir Əliyevin paytaxt derbisindən qalib ayrılması şərtdir. Əks halda ona olan inam və bəslənilən ümidlər azala bilər. Cari mövsüm çox uğursuz çıxış edən Tərlan Əhmədovun komandası üçün isə bu rəqibdən hətta bir xal almaq da ciddi nailiyyət sayıla bilər.

İkinci oyun günündə öncə bölgə təmsilçiləri qarşılaşacaq. "Kəpəz" Gəncədə "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Tərəflər indiyə qədər 12 dəfə üz-üzə gəliblər. Onların əksərində (10 dəfə) cənublular qalib gəliblər. Cəmi 1 oyunda gəncəlilər qələbəyə seviniblərsə, qalan 1 görüş də heç-heçə ilə başa çatıb. Top fərqi də cənubluların xeyrinədir - 20:8. “Xəzər Lənkəran” əvvəlki 12 oyunun hamısında “Kəpəz”in qapısına qol vurub. Amma "ağ-yaşıllar" bu dəfə meydana favorit kimi çıxmayacaqlar. Çünki cənub klubu əvvəlki kimi güclü olmadığı halda, Gəncə təmsilçisi xeyli güclənib. Bu üzdən də Şahin Diniyevin komandasının güclü azarkeş dəstəyindən yararlanıb, bu qarşılaşmada qələbəyə oynayacağı dəqiqdir.

Günün digər görüşündə isə turun növbəti paytaxt derbisi baş tutacaq. “İnter” “Rəvan”ı qəbul edəcək. Bu komandalar arasında əvvəllər baş tutmuş 8 oyunun hamısında "İnter" 3 xala sevinib. "Rəvan" heç vaxt xal ala bilmədiyi bu rəqibinin qapısına cəmi 5 dəfə yol tapıb. Əvəzində "İnter" 20 dəfə "aslanlar"ı meydanın mərkəzinə dəvət ediblər. Elə bu görüşdə də Zaur Svanadzenin çalışdırdığı komandanı favorit saymaq olar. Çünki mövsümə çox pis başlayan, 2 xalla sonuncu pillədə qərarlaşan, bir neçə gün öncə Emin Quliyevi istefaya göndərib, yenidən Bəhmən Həsənovu baş məşqçi postuna gətirən "Rəvan" heyətlə də bağlı ciddi problemlərdən əziyyət çəkir. Son turda bu komandanın birdən-birə üç futbolçusunun qırmızı vərəqə alması da bu görüşdə öz sözünü deməlidir.

Son oyun günündə əvvəlcə "Qəbələ” - “Zirə” qarşılaşması baş tutacaq. Bu komandalar indiyədək qarşılaşmayıblar. Mövsümə çox yaxşı başlayan Adil Şükürovun komandası son turda "Qarabağ"la görüşdə ilk dəfə meydanı məğlub tərk etdi. Bu dəfə debütantı liderlər qrupunda qərarlaşan daha bir güclü, eyni zamanda Avropa Liqasında çıxış edən komanda ilə duel gözləyir. Təbii ki, "Qəbələ" bu qarşılaşmanın favoritidir. Avroliqadakı son matçında Almaniyanın "Borussiya" (Dortmund) klubuna məğlub olan (1:3) qəbələlilər azarkeşləri qarşısında bəraət qazanmaq üçün əllərindən gələni edəcəklər. Amma zirəlilərdən də sürpriz nəticə gözləmək mümkündür.

Turun qapanış matçında isə “Sumqayıt” son çempion “Qarabağ”ı qəbul edəcək. Bu iki klub arasında indiyədək 12 oyun keçirilib. Onların 8-də ağdamlılar, 3-də sumqayıtlılar üstün olublar. Cəmi 1 qarşılaşma sülhlə bitib. Top fərqində də Ağdam klubunun ciddi üstünlüyü var - 26:6. “Qarabağ” son 3 qarşılaşmada qələbə qazanıb. “Sumqayıt”ın meydanındakı son 3 matçda qonaqlar 1 qələbə qazanıb. "Qəbələ" kimi, "Qarabağ" da Avroliqadakı son matçında məğlubiyyətlə üzləşdi - Fransa "Monako"su ilə səfər matçında minimal hesabla uduzdu. Belədə, Qurban Qurbanovun komandası çətin səfərdə mütləq qalib gəlməyə çalışacaq. Ağdam klubunun sabiq futbolçusu Samir Abasov isə "Sumqayıt"ın baş məşqçisi kimi keçmiş komandasını məyus etməyə cəhd göstərəcək.

Topaz Premyer Liqası
9-cu tur

23 oktyabr (cümə)

18:00. AZAL - “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “AZAL Arena”.

24 oktyabr (şənbə)

15:00. “Kəpəz” - “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor:  Fazil Mürşüdov.
Gəncə şəhər stadionu.

17:00. “İnter” - “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “İnter Arena”.

25 oktyabr (bazar)

17:00. “Qəbələ” - “Zirə”
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Qəbələ şəhər stadionu.

19:00. “Sumqayıt” - “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. “Kapital Bank Arena”.

1Qarabağ862017-720
2Qəbələ861117-419
3Zirə84318-615
4İnter84226-614
5Kəpəz83239-711
6Neftçi82337-89
7Xəzər Lənkəran82338-129
8Sumqayıt80535-95
9AZAL81163-114
10Rəvan80264-142

Bombardirlər:
5
- Riçard Almeyda ("Qarabağ").
4 - Aleksey Qay ("Qəbələ"), Aleksey Antonov ("Qəbələ"), Samuel Armenteros ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.