22 oktyabr 2015 22:50
Roman Qriqorçuk: Qrupdan çıxa bilərik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirilmiş oyundan sonra qrupdan çıxmaq şanslarını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Biz bu gün ələ düşən şanslardan yararlansaydıq da belə, sonra nələrin baş verəcəyini heç kim deyə bilməzdi. "Borussiya"ya qalib gəlmək şansımızın olduğunu deməzdim. Rəqibin səviyyəsinə bələdəm. Biz də onlar üçün ciddi komanda deyildik. Bunu deməliyəm. Qrupdan çıxmaq şansımızın olduğunu demirəm. Amma sonda elə bir vəziyyət yarana bilər ki, biz də qrupdan çıxa bilərik. Hazırda biz çox ciddi komandayıq".
