22 oktyabr 2015 22:20
Yuri Syomin: Qəbələdə Borussiyada oynayan futbolçular çatışmırdı
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, komandamızın 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:
"Qəbələ"nin oyunu xoşuma gəldi. Xüsusilə də matçın əvvəlində sərgilədikləri oyun. Komanda ələ düşən qol şanslarından yararlana bilmədi. Digər tərəfdən rəqibin səviyyəsini də nəzərə almaq lazımdır. "Qəbələ"də bu gün nə çatmadı? Fikrimcə, "Borussiya"da oynayan futbolçular".
